Modern.az

Bərdədə Ukrayna vətəndaşını döyüb qarət edən iki nəfər tutulub

Bərdədə Ukrayna vətəndaşını döyüb qarət edən iki nəfər tutulub

Təhsil

16 Noyabr 2015, 13:06


Noyabrın 14-də saat 01 radələrində şəxsiyyəti məlum olmayan 3 nəfər Yevlax şəhərində Ukrayna vətəndaşı Yuriy Sosinin idarə etdiyi “TİR” markalı avtomobilə (xurma alveri ilə məşğul olacaqları adı ilə) oturub Bərdə rayonunun Həsənqala kəndinə gedib, orada sürücünü döyərək 100 avro və 2 ədəd mobil telefonunu alıb hadisə yerini tərk ediblər.

Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Yevlax şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Əhməd Məmmədov və Orxan Nəbiyev tutulublar.

Modern.az    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?