Modern.az

Bakı metrosuna nəzarət gücləndirildi

Bakı metrosuna nəzarət gücləndirildi

Təhsil

26 Noyabr 2015, 16:05

Noyabrın 26-da günorta saatlarında Nardaranda hüquq-mühafizə orqanları ilə “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Hacı Taleh Bağırzadə və tərəfdarları arasında yaşanan insidentdən sonra  Bakı metrosunda stansiyalara giriş-çıxışa nəzarətin gücləndirildiyi bildirilir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az saytına açıqlamasında hazırda metroda olduğunu bildirib:

“Hazırda metrodayam. “28 May” stansiyasından “Həzi Asalanov”a gedirəm. Heç bir sıxlıq müşahidə edilmir. Nəzarət də əvvəlki qaydada aparılır. Sərnişinlərin təhlükəsizliyi tam təmin edilib. Narahatlıq üçün heç bir əsas yoxdur”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et