Modern.az

Qazdan zəhərlənən akademikin həyat yoldaşı evə buraxılacaq

Qazdan zəhərlənən akademikin həyat yoldaşı evə buraxılacaq

Təhsil

30 Noyabr 2015, 10:15


Bir neçə gün əvvəl həyat yoldaşı, akademik Tofiq Hacıyevlə birgə dəm qazından zəhərlənən Tamara Hacıyeva bu gün evə buraxılacaq. 

1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsindən Modern.az-a verilən məlumata görə, zəhərlənmə nəticəsində dünyasını dəyişən akademikin həyat yoldaşının vəziyyəti yaxşıdır:

“Özünə gəlib, vəziyyəti stabildir. Hələ ki reanimasiyadadır, palataya köçürülməyib. Amma bu gün müayinə edildikdən sonra evə göndərilməsi gözlənilir”.  

Şöbədən onu da bildiriblər ki, Tamara Hacıyevaya akademikin öldüyü barədə məlumat da verilməyib.   Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev dəm qazından zəhərlənərək vəfat edib. Onun həyat yoldaşı isə evdə huşsuz vəziyyətdə tapılıb.    

Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et