Modern.az

Lənkəranda həyətləri və yolları su basdı

 Lənkəranda həyətləri və yolları su basdı

Təhsil

4 Dekabr 2015, 00:59

 

Axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi Lənkəranda leysan yağışla müşayiət olunub.  Modern.az saytı Report-a istinadən xəbər verir ki, bir neçə saat aramsız davam edən yağıntı nəticəsində nisbətən çökək ərazilərdə yolları və həyətlərı su basıb. Qısa müddət ərzində bəzi həyətlərə suyun səviyyəsi 30-40 sm-ə çatıb.  

Bir neçə yerdə çinar ağacları yola aşıb. Şəhərdə və kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.  

Bəzi transformatorlarda qəzalar baş verib. Yağıntı davam edir  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et