Modern.az

İraq kürdləri: "Rusiyanın göstərdiyi neft daşıyan maşınlar bizə məxsusdur”

İraq kürdləri: "Rusiyanın göstərdiyi neft daşıyan maşınlar bizə məxsusdur”

Təhsil

4 Dekabr 2015, 11:52


İraqdakı Kürdüstan muxtariyyəti Rusiya Müdafiə Nazirliyinin İŞİD-ə aid olduğunu bildirdiyi neft daşıyan yük maşınlarının onlara məxsus olduğunu deyib.  

Modern.az “Daily Sabah” qəzetinə istinadən xəbər verir ki, Kürdüstan rəsmiləri Rusiyanın İŞİD-ə aid olduğunu iddia etdiyi avtosisternlərin əslində Şimali İraqdan Türkiyəyə neft daşıdığını deyib.  

Bundan öncə, Rusiya Müdafiə Nazirliyi xarici ölkələrin hərbi atteşələri üçün təşkil etdiyi mətbuat konfransında Türkiyənin İŞİD-dən neft almasının sübutu kimi Suriya və İraqın Türkiyə ilə sərhəddində çoxsaylı neft daşıyan avtosisternlərin havadan çəkilən fotolarını təqdim etmişdi.     

Vüqar İsmayılov     

 
Twitter
Sizə yeni tvit var
Keçid et