Türkiyə İraqın şimalında daimi əsasda hərbi baza tikir. Modern.az saytı Türkiyənin “Hüriyyet Daily News” qəzetinə istinadən xəbər verir ki, hərbi baza Mosul vilayətinin Başik rayonunda yerləşdiriləcək. Hərbi bazanın tikintisi barədə razılıq noybarın 4-də Türkiyənin o zamankı xarici işlər naziri Firudin Sinirlioğlunun Şimali İraq Kürdüstan muxtariyyətinin prezidenti Məsud Bərzani ilə Ərbildə keçirdyi görüşdən sonra əldə olunmuşdu.
Hərbi bazada yerləşdiriləcək türk hərbçiləri kürd peşmərgə qüvvələrinə təlim keçəcəklər.
Türkiyə ordusunun 130 hərbçisi və 25 tankının Şimali İraqa daxil olması rəsmi İraq hökumətinin sərt etirazı ilə üzləşib. İraq parlamentinin deputatları ölkənin suverenliyini qorumaq üçün türk hərbçilərinə qarşı güc tətbiq olunmasını təklif ediblər.
Vüqar İsmayılov