Modern.az

“Günəşli” yatağındakı yanğında ölüm faktı təsdiqləndi - FOTOLAR

“Günəşli” yatağındakı yanğında ölüm faktı təsdiqləndi - FOTOLAR

Təhsil

5 Dekabr 2015, 17:46

Son məlumata görə, Xəzər dənizində yerləşən “Günəşli” yatağındakı 10-cu özüldə baş verən güclü yanğın yerindən xilas edilən neftçilərin sayı 33 nəfərə çatıb.

Hadisə ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yaradılan qərargahdan Modern.az saytına verilən məlumatda hələlik 1 nəfərin həlak olduğu bildirilir.

Qeyri-rəsmi mənbələrin Modern.az-a verdiyi məlumata görə, xilas edilənlər arasında yaralılar və yanıq xəsarəti alanlar var, Onların Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriləcəyi bildirilir.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyevin də hadisə yerində olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 4-də baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın başlayıb. İlk növbədə özüldəki işçilərin təxliyyə olunması istiqamətində tədbirlər görülür.




Modern.az
 

Twitter
Sizə yeni tvit var
Keçid et