Modern.az

Qərargah qəza baş verən 10-cu özülə köçürüləcək

 Qərargah qəza baş verən 10-cu özülə köçürüləcək

Təhsil

7 Dekabr 2015, 01:06

 

Hazırda SOCAR prezidentinin iştirakı ilə axtarış-xilasetmə işləri ilə bağlı fəaliyyət göstərən qərargah 5-ci özüldədir. Modern.az saytı xəbər verir ki, bunu keçirdiyi mətbuat konfansında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin rəis müavini Balamirzə Rəhimov bildirib.

Rəis müavini bildirib ki, "Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülünə generator vasitəsi ilə elektrik enerjisi verilir: “Sabah isə qərargah qəza baş verən 10-cu özülə köçürüləcək. "SOCAR prezidentinin əmri ilə sabah qərargah gəminin üzərindən birbaşa yanğın olan platformanın üzərinə köçürüləcək".

Qeyd edək ki, SOCAR nümayəndələri növbəti mətbuat konfransını bu gün saat 11.00-da keçirəcək.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et