Modern.az

“Yalama” stansiyasında məlumatlar elektron formada ötürüləcək

“Yalama” stansiyasında məlumatlar elektron formada ötürüləcək

Təhsil

7 Dekabr 2015, 10:15


Dəmir yolunun sərhəd-keçid məntəqəsində məlumat mübadiləsi elektron formada həyata keçiriləcək. Bu haqda Modern.az saytına məlumat verən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib ki, gələcəkdə proqram təminatının bütün stansiyalar üzrə istismarının təmin edilməsi nəzərdə tutulub:

“MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 2014-cü il oktyabrın 21-22-də Bakıda çağırılan 61-ci “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəhbərləri arasında məlumat mübadiləsi haqqındakı Sazişə əsasən, Məlumat Hesablama Mərkəzi öz növbəsində uyğun proqram təminatı işləyib hazırlayb.

Hal-hazırda proqram təminatı Yalama stansiyasında təcrübi istismara verilib.

Layihəyə uyğun olaraq yaxın zamanlarda şimal sərhəddində qatar mübadiləsi zamanı yük vaqonlarının qaimələri qarşı tərəfə elektron formada təqdim olunacaq”. 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et