Modern.az

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə səs verir

Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə səs verir

Təhsil

12 Dekabr 2015, 12:24


Səudiyyə Ərəbistanında keçirilən bələdiyyə seçkilərində qadınlar ilk dəfə namizəd və seçici kimi səsvermədə iştirak edirlər. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı dünyada yeganə dövlətdir ki, qadınlara indiyə qədər seçkilərdə iştirak etməyə razılıq verilmirdi.

Ölkədə bundan əvvəlki bələdiyyə seçkiləri 2005 və 2011-ci illərdə keçirilib. Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Bununla belə, qadınlar və kişilər ayrı-ayrı səs verməlidirlər. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et