Modern.az

Zəlimxan Yaqub xəstəxanaya yerləşdirilməyib

Zəlimxan Yaqub xəstəxanaya yerləşdirilməyib

Təhsil

17 Dekabr 2015, 12:59


“Saytlarda oxuyuruq, yazırlar ki, Zəlimxan müəllim xəstəxanaya yerləşdirilib. O, dünən xəstəxanaya yerləşdirilməyib. Sadəcə, bir saatlıq müayinə üçün xəstəxanaya gedib. Müayinəyə hər zaman gedir. Amma xəstəxanaya yerləşdirilmək başqa məsələdir”.

Bu sözləri Modern.az saytına bir neçə ildir böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi Zəlimxan Yaqubun ailəsindən bildiriblər. Deyiblər ki, şairin xəstəxanaya yerləşdirilməsi ilə bağlı yazılanlar səhvdir.

“Şükür Allaha, əvvəl necə idisə, indi də elədir. Səhhətində ağırlaşma olmayıb. Dünən, sadəcə, bir saatlıq müayinəyə getmişdik. İndi evdə müalicələrini davam etdirir. Hər şey qaydasındadır”.

Elmin NURİ

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?