Modern.az

Ermənistanda həbsdə olan soydaşımız azadlığa çıxdı

 Ermənistanda həbsdə olan soydaşımız azadlığa çıxdı

Təhsil

23 Dekabr 2015, 20:22

Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməkdə təqsirli bilinən soydaşımız azadlığa buraxılıb. Modern.az saytı xəbər verir ki, bu barədə məlumaı Ermənistanın “news.am”a saytı yayıb.

Məlumata görə, Gürcüstan vətəndaşı Turqay Mikayılovu dekabrın 23-də Lori rayon Məhkəməsi onu təqsirli hesab edərək, barəsində 5 ay azadlıqdan məhrum etmə hökmü çıxarılıb.

T. Mikayılov iyulun 23-dən həbs olunduğu və 5 ay həbsdə qaldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.  

Qeyd edək ki, Turqay Mikayılov bu il iyulun 23-də Gürcüstandan Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə piyada keçib. O, həmin vaxt içkili vəziyyətdə olduğunu bildirib. 34 yaşlı azərbaycanlıya Cinayət Məcəlləsinin sərhədləri qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et