Modern.az

Azərbaycandakı bu universitetdə maaşlar 10 faiz artırıldı

Azərbaycandakı bu universitetdə maaşlar 10 faiz artırıldı

Təhsil

26 Dekabr 2015, 12:12

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.

Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq, universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et