Modern.az

Prezident Administrasiyanın maşını qəzaya düşüb

 Prezident Administrasiyanın maşını qəzaya düşüb

Təhsil

26 Dekabr 2015, 20:13


Prezident Administrasiyasına məxsus BMW markalı avtomobil qəzaya düşüb. Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda H.Seyidzadə küçəsində baş verib.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Teymur Rəhimovun idarə etdiyi, Prezident Administrasiyasına məxsus BMW markalı 10 PA 580 dövlət nömrə nişanlı avtomobil Bakı sakini, 1967-ci il təvəllüdlü Leyla Abdullayevanın idarə etdiyi “Okean avto” MMC-yə məxsus "Hyundai Accent" markalı 10 PT 068 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hər iki avtomobilə zərər dəyib. Sürücülərdən ağır xəsarət alan olmayıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et