Modern.az

Siyəzəndə sakinlərlə polis arasında insident baş verib

Siyəzəndə sakinlərlə polis arasında insident baş verib

Təhsil

13 Yanvar 2016, 14:28

Siyəzən rayonunda bir qrup sakinlə polis arasında insident baş verib. APA-nın məlumatına görə, Rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşanlar polisin ictimai asayişin bərpa olunması və ərazidən uzaqlaşmaq tələbinə əməl etməyiblər. Buna görə də polis aksiya keçirənləri ərazidən uzaqlaşdırmağa başlayıb.  

Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.  

Saxlanılanların olduğu bildirilir.

Hadisə ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayacağı gözlənilir. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et