Modern.az

Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək

 Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək

Təhsil

14 Yanvar 2016, 00:23

 

Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Belqraddan Berlinə keçməsi ilə bağlı yaydığı bəyanatda əks olunub.

Nazir qeyd edib ki, Almaniyanın ATƏT-dəki sədrliyi çətin dövrə təsadüf edir. "ATƏT-in dialoq üçün platformaya və qarşılıqlı etimada ehtiyacı var. Bundan əminəm", - deyə almaniyalı nazir vurğulayıb.

 Onun sözlərinə görə, ATƏT məkanında uzun müddətli təhlükəsizlik ancaq ölkələrin birgə səyləri ilə təmin oluna bilər.

 

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et