Modern.az

İŞİD İndoneziyadakı terrora görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD İndoneziyadakı terrora görə məsuliyyəti öz üzərinə götürdü

Təhsil

14 Yanvar 2016, 16:05


İŞİD qruplaşması bu gün səhər saatlarında İndoneziyanın paytaxtı Cakarta şəhərində baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın üzvü məlumat verib.  

“Hücumun hədəfi xarici vətəndaşlar və hüquq-mühafizə orqanları olub”.

Son məlumatlara görə terror aktı zamanı 5-i terorçu olmaqla 17 nəfər həlak olub. Daha 4 terrorçunun həbs olunduğu, digərlərinin axtarışının davam etdiyi bildirilir.

Cakartanın mərkəzində ardıcıl partlayışlar törədən 10-14 nəfərlik terorçu qrup sonradan polislə atışmaya başlamışdı.  

Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et