Modern.az

Jurnalistlər Nabranda bir araya gəlib

 Jurnalistlər Nabranda bir araya gəlib

Təhsil

1 Fevral 2016, 20:27

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ)  "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramı  çərçivəsində 29-31 yanvar 2016-cı il tarixində Nabranda  jurnalistlər üçün növbəti seminar-treninq keçirib. Modern.az saytı xəbər verir ki, “Hüquqi şəxslərdə iştirak: qanunvericilik və təcrübə” mövzusunda keçirilən təlimdə müxtəlif  Kütləvi İnformasiya Vasitələrində çalışan  jurnalistlər iştirak edib.

Seminarı ekspert, Vəkillər Kollegiyasının üzvü, IJS Hüquq Firmasının İdarəedici Partnyoru  Əkrəm Həsənov aparıb.

Seminar-treninqdə jurnalistlər  hüquqi şəxs və onun növləri, qeyri-kommersiya hüquqi şəxsləri, kommersiya hüquqi şəxsləri, korporativ idarəetmə və s. haqqında ətraflı məlumatlandırılıblar. 

Təlimdə mövzu ilə bağlı geniş müzakirələr aparılıb və jurnalistlərin sualları ekspert tərəfindən cavablandırılıb.

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et