Modern.az

İki rayona yeni prokuror təyin edilib

İki rayona yeni prokuror təyin edilib

Təhsil

4 Fevral 2016, 10:30


Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Şəmkir rayon prokuroru Allahverdi Novruzov və Gəncə şəhər prokurorunun müavini Elçin Məmmədov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq Masallı və Lənkəran rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et