Modern.az

Almaniyada dəhşətli qatar qəzası - 9 ölü, 100 yaralı

 Almaniyada dəhşətli qatar qəzası - 9 ölü, 100 yaralı

Təhsil

9 Fevral 2016, 12:39

Almaniyanın Bavariya bölgəsində dəhşətli qəza baş verib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, iki qatarın toqquşması zamanı azı 9 nəfər ölüb, 10-u ağır olmaqla 100 nəfər xəsarət alıb.

Almaniya federal polisi ölü və yaralı sayı haqda yaxın saatlarda daha ətraflı məlumat verəcəyini açıqlayıb.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et