Modern.az

Türkiyədən Suriyaya hərbi müdaxilə ÇAĞIRIŞI

Türkiyədən Suriyaya hərbi müdaxilə ÇAĞIRIŞI

Təhsil

16 Fevral 2016, 15:11



Türkiyə ABŞ başda olmaqla üzvü olduğu beynəlxalq koalisiyanın Suriyaya hərbi müdaxilə etməsini istəyir.

Modern.az-ın məlumatına görə, Reuters agentliyi Türkiyə hökumətindəki adı açıqlanmayan yüksək vəzifəli məmura istinadla bildirir ki, Ankara təkbaşına belə əməliyyata başlamaq istəmir.

“Türkiyə təkbaşına Suriyaya müdaxilə etmək istəmir. Biz koalisyadakı ölkələri bu əməliyyatda birgə iştirak etməyə çağırırıq. Biz bunu mütəffiqlərimizlə müzakirə edirik”.

Türkiyə bütün ölkələrin razı olacvağı halda rəsmi Dəməşqə qarşı məliyyatda aktiv şəkildə iştirak edəcəyini bildirib.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et