Modern.az

Dərmanlarla bağlı yeni MƏLUMAT: fevralın 25-dən...

Dərmanlarla bağlı yeni MƏLUMAT: fevralın 25-dən...

Təhsil

24 Fevral 2016, 17:52


Qiymətləri təsdiqlənmiş daha 1940 dərman vasitəsi fevralın 25-dən etibarən yeni qiymətlərlə satılacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bununla da, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiqlənmiş və yeni qiymətlərlə satışda olan dərman vasitələrinin sayı 5651 olacaq.

Qeyd edək ki, indiyədək qiyməti təsdiqlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.

Siyahı saytda “pdf” formatında yerləşdirilib ki, bu da həmin cədvəlin mobil telefonlara və planşetlərə yüklənməsinə və elektron kitabça kimi istifadə etməyə imkan yaradır.  

Gülşən RAUFQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et