Modern.az

14 saylı marşrutun hərəkəti dəyişdirildi

14 saylı marşrutun hərəkəti dəyişdirildi

Təhsil

25 Fevral 2016, 10:22


14 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik olacaq. Modern.az xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xiodmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O qeyd edib ki, fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimi ilə əlaqədar Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

"BakuBus"a məxsus 14 saylı marşrut xətti bu səbəbdən hər iki istiqamətdə “Xətai” metrostansiyasının önündən keçməyəcək.

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et