Modern.az

Berlində Xocalı soyqırımını anım gecəsi keçirilib

Berlində Xocalı soyqırımını anım gecəsi keçirilib

Təhsil

25 Fevral 2016, 16:25

Berlinin "Şehitlik Camisi" məscidinin nəzdindəki mədəniyyət mərkəzində “Azərbaycan Evi”, Azərbaycan Tələbə Şəbəkəsi və Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım gecəsi keçirilib.

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Xocalı qətliamından söz açıb, erməni işğalının tarixindən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülən işlərdən bəhs edib.

Azərbaycanın Almaniyadakı Səfirliyinin müşaviri Rizvan Nəbiyev isə Xocalı soyqırımı mövzusunda keçirilən tədbirlərin  əhəmiyyətini  vurğulayıb. Məscidin nəzdindəki mədəniyyət mərkəzinin rəhbəri Ender Çetin, iş adamı Hasan Babura ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdiyi soyqırımları  barədə öz fikirlərini bölüşüblər.

Tədbirdə  azərbaycanlı alim Rüfət Səttarovun "Xocalının timsalında Post-Sovet Azərbaycanında Dini Simvolizm" mövzusunda keçirdiyi təqdimat ətrafında geniş və maraqlı müzakirələr aparılıb.

Anım gecəsində soyqırımla bağlı fotolardan ibarət sərginin də açılışı olub.

Qeyd edək ki, fotosərgi iki həftə davam edəcək.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et