Modern.az

Avropa Birliyinin ali diplomatı Bakıya niyə gəlir?

Avropa Birliyinin ali diplomatı Bakıya niyə gəlir?

Təhsil

26 Fevral 2016, 15:54

Avropa Birliyinin ali nümayəndəsi Frederika Moqerini gələn həftə Azərbaycan və Ermənistana səfər edəcək.

Modern.az Avropa Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, “Şərq Tərəfdaşlığı” ölkələrin ilə əməkdaşlıq çərçivəsində baş tutacaq səfər fevralın 29-da Azərbaycanda başlayacaq.  

Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq Moqerini daha sonra xarici işlər naziri Elmar Məmmədyarovla təkbətək görüşəcək.

Diplomat Avropa Komissiyasının sədr müavini Maroş Şefçiçlə birlikdə Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasına da qatılacaq.

Martın 1-də Ermənistan gedəcək Moqerini prezident Sərkisyan, xarici işlər naziri Edvard Nalbandyan və müxalifət liderləri ilə danışıqlar aparacaq.

Vüqar İsmayılov    

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et