Əfqanıstanın şərqində terror aktı törədilib.
Modern.az Qərb agentliklərinə istinadən xəbər verir ki, Kunar vilayətinin Əsədabad şəhərində vilayətin qubernatorunu hədəf alan teror aktı zamanı 11 nəfər ölüb, 40 nəfər isə xəsarət alıb.Lakin qubernator xəsarət almadan qurtulub.
Əfqanıstanda situasiya son aylar kəskin pisləşib. Taliban qruplaşması ölkənin cənub bölgələrində bir çox əraziləri nəzarətə alıb.
Vüqar İsmayılov