Tovuzda mənzilə basqın edən şəxslər saxlanılıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 16-da İsaq İsayevin yaşadığı evə girib ona bıçaqla xəsarət yetirərək 40 manat və qızıl əşya aparmış rayon sakini, əvvəllər məhkum olunmuş Rizvan Ələsgərov və Şirvan şəhər sakini Natiq Hüseynov tutulublar.
Bu barədə Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.
Faktla bağlı araşdırma aparılır.
Modern.az