Modern.az

Ermənilər Şuşaya kanat yolu çəkmək istəyir

Ermənilər Şuşaya kanat yolu çəkmək istəyir

Təhsil

27 Fevral 2016, 15:20

Ermənilər işğal altındakı Xankəndi şəhərindən Şuşaya kanat yolu çəkməyi planlaşdırır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin “baş naziri”

Ara Arutunyan məlumat verib. Arutunyan “parlament” və “hökumət” nümayəndələri ilə görüş zamanı layihəni təqdim edib.   Ara Arutunyan Xankəndi-Şuşa kanat yolunu çəkilməsi ilə Şuşanın turizm mərkəzinə çevrliməsi məqsədini güddüklərini deyib.  

Çoxmilyonlu layihənin maliyyələşdirilməsi üçün erməni diasporundan olan biznesmenlərə müraciət olunacağı gözlənilir.

Vüqar İsmayılov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et