Modern.az

Dəhşətli QƏTL: öz ailəsindən 14 nəfəri öldürdü

Dəhşətli QƏTL: öz ailəsindən 14 nəfəri öldürdü

Təhsil

28 Fevral 2016, 11:45

Hindistanda dəhşətli qətl hadisəsi törədilib. Modern.az saytı “RİA Novosti”-yə istinadən xəbər verir ki, 35 yaşlı hindistanlı Hansil Varekar ötən gecə arvadını, 8 uşağını, 3 bacısını və valideynlərini yatdığı yerdə bıçaqla öldürüb. Bundan sonra o özünü asaraq intihar edib.

Hadisənin təfərrüatları barədə polisə Varekarın yaralanmış, lakin sağ qalmış bacılarından biri məlumat verib. Onun qışqırıqlarını qonşuları eşidib və qapını sındıraraq evə daxil olublar.

Verilən məlumata görə, dəhşətli qətlin motivləri hələ ki məlum deyil. 35 yaşlı qatil Hansil Varekar Txane şəhərində bayram tədbirlərinin təşkilatçısı kimi işləyirmiş. Onun ağlı başında, normal adam olduğu bildirilir. Polis araşdırma aparır..

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et