Modern.az

Tramp və Klintonun qalib olduğu ştatlar – SİYAHI

Tramp və Klintonun qalib olduğu ştatlar – SİYAHI

Təhsil

2 Mart 2016, 10:31

 

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp dünən eyni vaxtda bir neçə ştatda keçirilən partiyadaxili praymerizlərdə qalib olub.  

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, milyarder Vermont, Arkanzas, Massaçusets, Tenessi, Alabama, Corciya və Virciniya ştatlarında qalib gəlib.  

Onun əsas rəqiblərindən Ted Kruz Kolorado, Oklahoma və Texas, Mark Rubio isə Minnesota ştatlarında liderliyi ələ alıb.  

Demokratlar partiyasının prezidentliyə əsas namizədii Hillari Klinton isə Texas, Alabama, Massaçusets, Virciniya və Corciya ştatlarında partiyadaşlarının dəstəyini qazanıb.

Onun əsas rəqibi, solçu siyasətçi Berni Sanders Kolorado, Oklahoma və Minnesota ştatlarında qalib gəlib.  

Vüqar İsmayılov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et