
Sabiq müdafiə naziri Rəhim Qazıyevlə 1993-cü ildə AXC hakimiyyətinə qarşı iyun qiyamının təşkilatçısı olmuş keçmiş baş nazir Surət Hüseynov zaman-zaman mətbuatın gündəminə gətirilir, danışdırılır.
Bu iki şəxslər barədə mediada yazılanlar isə birmənalı qarşılanmır.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev mövzu ilə bağlı Modern.az-a açıqlamasında deyib ki, hazırda daha ciddi məsələlərlə məşğul olduğundan Rəhim Qazıyev və Surət Hüseynov kimilər barədə danışmaq istəmir.
“Mən 1993-cü ildə bu adamlar barədə öz sözümü demişəm. Bunu bütün Azərbaycan bilir. Əsrin dörddə-biri keçəndən sonra bir daha o vaxtkı hadisələr və bu adamlar barədə danışmaq istəmirəm. Məni daha ciddi məsələlər düşündürür”.
Qeyd edək ki, Fərəc Quliyev AXC iqtidarı zamanında AXC İcraiyyə Komitəsinin sədri işləyib.
Aqşin KƏRİMOV