Modern.az

Neft ölkələri Moskvaya yığışır – kritik görüş

Neft ölkələri Moskvaya yığışır – kritik  görüş

Təhsil

3 Mart 2016, 16:00

 

Neft hasilatçısı ölkələrin növbəti birgə görüşü martın 20-də Moskvada keçiriləcək.  

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriyanın neft naziri Emmanuel Kaçikvu deyib. Onun sözlərinə görə neft ölkələri 1 barel neftin 50 dollar civarında olmasını məqbul sayır.

“Biz görürük ki, neft qiymətləri çox gec artır”.

Onun fikrincə, həm OPEK, həm də OPEK-ə üzv olmayan ölkələr bununla bağlı vahid neft siyasəti müəyyən edə bilər.   “Səudiyyə Ərəbistanı da, Rusiya da danışıqlar masasına qayıdır”.  

Bundan əvvəl, Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər fevralın 16-da görüşərək neft hasilatını 11 yanvar tarixindəki həddə dondurmağa qərar vermişdilər.  

Vüqar İsmayılov

 
Whatsapp
Bizə yazın!
Keçid et