Modern.az

Bakıdakı qaçqın yataqxanasında YANĞIN

Bakıdakı qaçqın yataqxanasında YANĞIN

Təhsil

4 Mart 2016, 16:07

Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında yanğın qeydə alınıb.

Bu haqda Modern.az saytına Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

O qeyd edib ki, yağın vətəndaşın mənzilə artırdığı 10 kvadratmerlik sahədə qeydə alınıb:

“Vətəndaş orada yaşayırmış. İçəridə olan yorğan-döşək və bəzi əşyalar yanıb. Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb”.

O, bildirib ki, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib. Hazırda yanğın söndürülüb.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et