Modern.az

Keçmiş prezident korrupsiya ittiham ilə həbs olunub

Keçmiş prezident korrupsiya ittiham ilə həbs olunub

Təhsil

4 Mart 2016, 17:46


Braziliyada keçmiş prezident Luis İqnasio Lula da Silva həbs olunub.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, eks-prezident dövlətə məxsus Petrobas neft şirkətində korrupsiya faktlarının olması səbəbindən saxlanılıb.

Hazırda keçmiş dövlət başçısından ifadələrin alındığı bildirilir.

Petrobas-la bağlı korrupsiya araşdırması 2014-cü ildə başlanılmışdı. Petrobas rəhbərliyi neft satışından ələ edilən pulların yuyulması üçün mexanimlər hazırlamaqda ittiham olunur.

Bu qanunsuz mexanimzlər hesabına 3,8 milyard dollar qanunsuz pul qazanmış Petrobas şirkəti həmin vəsaitin bir hissəini hökumət nümayəndələri arasında bölüşdürmüşdü.

2015-ci ilin avqustunda Braziliyanın Baş Prokurorluğu ölkənin aşağı palatasının spikeri Eduardo Kunyeyə, 1990-1992-ci illərdə prezident olan Fernandu Koloru di Melu daxil olmaqla, ümumilikdə 97 nəfərə ittiham elan edib.

Luis İnasiu Lula da Silva 2003-2011-ci illərdə Braziliyanın 35-ci prezidenti olub.

Vüqar İsmayılov  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et