Modern.az

Azərbaycan gəmiləri mürəkkəb əməliyyat həyata keçirib

 Azərbaycan gəmiləri mürəkkəb əməliyyat həyata keçirib

Təhsil

4 Mart 2016, 21:26

 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Andoqa” və “Lyutoqa” təchizat-yedək gəmiləri texniki baxımdan çox mürəkkəb yedəkləmə əməliyyatını uğurla həyata keçirib.   Modern.az saytı  Gəmiçiliyə istinadən məlumat verir ki, Sinqapurun “Ezion Exerter Limited” şirkətinə məxsus, ağırlığı 12 min ton, hündürlüyü 130 metr olan yarımdalma qazma qurğusu bu gün səhər saat 7-də Xəzər dənizinin Türkmənistan şelfindəki təyinat nöqtəsinə çatdırılıb.  

Azərbaycanda yığılmış qazma qurğusu, çətin hava şəraitinə baxmayaraq, 4 günlük keçid ərzində Bakı reydindən Türkmənistana yedəklənib.   Hazırda qazma qurğusu sifarişçiyə təhvil verilir. Qurğu Malayziyanın “Petronas” neft-qaz şirkəti tərəfindən istismar olunacaq.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et