Modern.az

Goranboyda mərmi partlayışından bir nəfər xəsarət alıb

Goranboyda mərmi partlayışından bir nəfər xəsarət alıb

Təhsil

4 Mart 2016, 22:47

 

Goranboyda mərminin partlaması nəticəsində bir nəfər xəsarət alıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, rayonun Xınalı kənd sakini 1970-ci il təvəllüdlü Rauf Hüseynov metal tullantılarını yığan zaman partlamamış döyüş sursatı – mərmi aşkarlayıb.

Rauf Hüseynov mərmini “Qazel” markalı avtomobilində zərərsizləşdirərkən partlayış baş verib və o müxtəlif qəlpə yaraları alıb.  

Gəncə Şəhər Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən R. Hüseynovun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et