Modern.az

Quba-Xınalıq yolundakı vəziyyətlə bağlı AÇIQLAMA

Quba-Xınalıq yolundakı vəziyyətlə bağlı AÇIQLAMA

Aktual

19 Sentyabr 2016, 12:01

Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunub, çay öz məcrasına qaytarılıb.

 

Bu haqda “Azəravtoyol” ASC-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, bir-neçə gün bundan öncə sel suları nəticəsində dağılmış körpülər və yol hissələri "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsinin fasiləsiz əməyi nəticəsində qısa müddət ərzində bərpa olunaraq vətəndaşların istifadəsinə açılıb. 

 

Hazırda yol boyu bərpa işləri davam etdirilir, körpülərdə betonlama işləri aparılır.

 

Yolun 36-37-ci km-də selin dağıtdığı yolda avtomobillərin hərəkəti bərpa olunub. Yolun 57-ci km-nə qədər olan hissəsində problemlər aradan qaldırılıb. 

 

Güclü sel səbəbindən qəzalı vəziyyətə düşən Quba-Xınalıq yolunun 29-cu və 36-cı km-də yerləşən körpülər də təmir edilib. 

 

Qeyd edək ki, sentyabr ayının 1-dən 2-nə keçən gecə aramsız yağan yağışlardan sonra Qudyalçayın öz məcrasından çıxması nəticəsində Quba-Xınalıq avtomobil yolunun 29 və 36-cı km-lik hissəsində yerləşən körpülər və yol dağılmış, avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayanmışdı.

 

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı