Modern.az

Zaqatalada itkin düşən çobanın meyiti təhlükəli ərazidən götürülüb

Zaqatalada itkin düşən çobanın meyiti təhlükəli ərazidən götürülüb

Aktual

27 İyul 2018, 21:16

Zaqatalada itkin düşən çobanın meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək. Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyitinin həmin gün götürülməsi əməliyyat şəraitinin mürəkkəbliyi əlaqədar (mürəkkəb relyefli yüksək dağ massivində havanın qatı dumanlı olması səbəbilə) mümkün olmayıb.

 

Meyitin götürülməsi üzrə tədbirlər iyulun 27-də gün ərzində aparılıb. Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Q.İbrahimovun meyitinin olduğu yerdən götürülərək nisbətən təhlükəsiz əraziyə daşınması mümkün olub. Hazırda meyitin dağdan endirilməsi üzrə tədbirlər həyata keçirilir.

 

İbrahimov Qurban İbrahim oğlunun meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı