Modern.az

Belə kolbasalardan uzaq durun - RƏSMİ, VİDEO

Belə kolbasalardan uzaq durun - RƏSMİ, VİDEO

Aktual

29 İyul 2018, 23:36

Qida Təhlükəsizliyi Agentliyi kolbasalarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Modern.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən “Xəzər xəbər”ə verilən məlumatına görə, kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə edilən məhsullar alınmamalıdır.

 

Bəzi kolbasaların tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu görürük. Bunlardan biri də E-120 - Karmin maddəsidir. Bu maddə rəng yaratmaq üçün istifadə olunur. Lakin ət və ət məhsullarında bundan istifadə yolverilməzdir.

 

Mütəxəssislərin fikrincə, bu cür problemlərin yaşanmaması üçün istehsalçı firmaların xalqa açıq günləri olmalı və vətəndaşlar istehsal prosesini özləri görməlidirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı