Modern.az

İsmayıllıda 2,5 hektar ərazidə çətənə kolları məhv edildi

İsmayıllıda 2,5 hektar ərazidə çətənə kolları məhv edildi

Aktual

2 Avqust 2018, 20:55

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları da bununla bağlı əməliyyat keçirib. Keçirilən tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində 2,5 hektar ərazidə yabanı halda bitən ümumi çəkisi 875 kiloqram olan 1109 ədəd narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı