Modern.az

Britaniya bu məhsullarını Azərbaycan bazarına çıxardır

Britaniya bu məhsullarını Azərbaycan bazarına çıxardır

Güncel

14 Sentyabr 2018, 19:28

Böyük Britaniyanın məişət məhsulları istehsalçısı “What More” şirkəti Azərbaycana tədarüklərə başlayıb.

Trend-in məlumatına görə, şirkət Azərbaycan bazarına “Wham” brendi altında plastik məişət konteynerləri, bişirmə üçün formalar, bağ dibçəkləri, alət qabları və digər məhsullar tədarük edəcək.

Şirkət yaydığı bəyanatda Azərbaycandan yeni sifarişləri gözlədiyini bildirib.

Qeyd edək ki, “What More” şirkəti 72 ölkəyə, o cümlədən BƏƏ, Avstraliya, Bəhreyn, Çexiya, Türkiyə, Rusiya, ABŞ və Kanadaya məhsul tədarük edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı