Modern.az

Azərbaycan II Avropa Oyunlarında daha bir medal qazandı

Azərbaycan II Avropa Oyunlarında daha bir medal qazandı

Aktual

23 İyun 2019, 20:30

Azərbaycanın idman akrobatları Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihi "Minsk 2019" II Avropa Oyunlarında 3-cü medallarını qazanıblar.

Modern.az "Report"a istinadən xəbər verir ki, duet bu dəfə qarışıq cütlərin kombinə olunmuş hərəkətlərində fərqlənib.

Onların çıxışı 29,540 xalla qiymətləndirilib. Azərbaycanlı cütlük yalnız rusiyalı Viktoriya Aksyonova və Kirill Startsevdən (29,580) geri qalıb.

Qurbalı - Əl-Məşayxi ötən gün dinamik və balans hərəkətlərində də mükafatçılar sırasına düşüb. Onlar özlərinin ilk yarış gününü gümüş və bürünclə tamamlayıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı