Modern.az

Vahid Əhmədov Qəçrəşdə seçicilərlə görüşüb - FOTO

Vahid Əhmədov Qəçrəşdə seçicilərlə görüşüb - FOTO

Актуально

31 Yanvar 2020, 16:25

52 saylı Quba seçki Dairəsindən deputatlığa namizəd Vahid Əhmədov Azərbaycanın gözəl istirahət mərkəzi kimi tanınan Qəçrəş bölgəsində yerləşən Qəçrəş, Qımılqazma və Küsnətqazma kəndlərinin sakinlərilə görüşüb.

 

Modern.az xəbər verir ki, seçkilərdə həmişə aktivliyi ilə tanınan bu yaşayış məntəqələrində sakinlər deputatlığa namizədi xüsusi hörmət və qayğı ilə qarşılayıblar.

 

V.Əhmədovun deputat kimi fəaliyyətindən razılıq ifadə edən sakinlər onu yenidən Milli Məclisdə görmək istədiklərini bildiriblər. Bölgədə yeni salınan məhəllədə qaz və su probleminin olduğunu qeyd edərək, həllində köməklik istəyiblər.

 


Keçən görüşlərin birində Qəcərzeyid kəndındə işıq və su quyusu üçün nəzərdə tutulan transformatorların yenilənməsinə ehtiyac olduğu deyilmişdi.Namizədin seçki qərargahına gələn kənd sakinləri Məhəmmədəli Poladov, Zakir Ömərov,Şahin Xıdırov və başqaları problemin V.Əhmədovun köməkliyi ilə öz həllini tapdığını deyərək, buna görə kənd sakinlərinin minnətdarlığını ona çatdırıblar.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı