Modern.az

Lerikdə meşə materialı oğrusu saxlanıldı - FOTO

Lerikdə meşə materialı oğrusu saxlanıldı - FOTO

Aktual

6 Fevral 2020, 13:50

Lerikdə qanunsuz yolla əldə edilmiş meşə materialı daşıyan şəxs cərimələnib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə nazirliyə məlumat daxil olub.

 

Nazirliyin yerli qurumlarının əməkdaşlarının keçirdikləri reyd zamanı 5 fevral 2020-ci il tarixində gecə saat 5 radələrində "QAZEL" markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 kubmetr həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib.

 

Avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı