Modern.az

Paytaxtda yol çökdü - VİDEO

Paytaxtda yol çökdü - VİDEO

Aktual

6 İyun 2021, 00:23

İyunun 5-də axşam saatlarında Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 108 ünvanında avtomobil yolunun çökməsi nəticəsində qaz təsərrüfatına ziyan dəyib.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən xəbər verilib.

 

Bildirilir ki, "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional qaz istismarı Departamentinin balansında olan diametri 315 mm olan polietilen yeraltı orta təzyiqli qaz kəmərinin təxminən 10-12 metrlik hissəsi deformasiyaya uğrayıb. Qaz sızması yoxdur, qaz təminatında fasilə yaranmayıb.

 

 

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı