Modern.az

Azərbaycan dünya çempionatına 12 ən güclünü göndərəcək

Azərbaycan dünya çempionatına 12 ən güclünü göndərəcək

Aktual

6 İyun 2021, 12:29

İyunun 6-da Budapeştdə cüdo üzrə dünya çempionatı start götürəcək.

 

Modern.az xəbər verir ki, Tokio Olimpiadasına lisenziya xarakterli nüfuzlu yarışda Azərbaycan 12 cüdoçu ilə təmsil olunacaq. Belə ki, kişilərin mübarizəsində Davud Məmmədsoy, Kəramət Hüseynov (60 kiloqram), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kiloqram), Nurlan Osmanov, Hidayət Heydərov (73 kiloqram), Murad Fətiyev, Zelim Tkçayev (81 kiloqram) və Elmar Qasımov (100 kiloqram) güclərini sınayacaqlar.

 

Qadınların yarışında isə ölkəmizi Aişə Qurbanlı, Leyla Əliyeva (48 kiloqram) və Gültac Məmmədəliyeva (52 kiloqram) təmsil edəcəklər.

 

Yarışa iyunun 13-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı