Modern.az

Tovuzda ağır yol qəzası - 3 nəfər xəsarət aldı

Tovuzda ağır yol qəzası - 3 nəfər xəsarət aldı

Aktual

6 İyun 2021, 20:42

Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqıiyyat hadisəsi baş verib. Hadisə rayonun Həzi Aslanov küçəsində baş verib. "Range Rover"markalı avtomobil qarşıdan gələn "VAZ - 2106"markalı avtomobillə toqquşub və yoldan çıxaraq yaşayış evinin hasarına dəyərək aşıb.

 

Modern.az xəbər verir ki, qəza zamanı "VAZ - 2106" markalı avtomobilin sürücüsü 1989-ci il təvəllüdlü Tovuz rayon Əlibəyli kənd sakini İsmayılov Orxan Mehdi oğlu, avtomobildə olan sərnişin 1978 ci il təvəllüd Şəmkir sakini Elnarə Əliyeva Qasım qızı və "Range Rover" markalı avtomobilin sürücüsü 2000-ci il təvəlüdlü Tovuz rayon sakini Cavid Mehraliyev İsgəndər oglu müxtəlif bədən xəsarətləri alıb.

Elnarə Əliyevanın vəziyyəti ağır olduğundan o, Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. Digər yaaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı