Modern.az

“Xaş-xaş-2021” əməliyyatı KEÇİRİLDİ

“Xaş-xaş-2021” əməliyyatı KEÇİRİLDİ

Aktual

7 İyun 2021, 11:00

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Cüvə, Qarasuqumlaq və Ağzıbir kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, ümumi çəkisi 1 tona yaxın olan 2091 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı