Modern.az

Sabahdan Azərbaycan turizmində canlanma başlayacaq

Sabahdan Azərbaycan turizmində canlanma başlayacaq

Güncel

9 İyun 2021, 15:20

2020-ci ildən dünyanı cənginə almış koronavirus pandemiyası bütün sahələrə mənfi təsir  göstərib. Pandemiyadan ən çox zərər çəkmiş sahə isə turizmdir. Karantin qaydaları səbəbi ilə ölkələrə giriş-çıxışın bağlı olması turizm sahəsində ciddi geriləmə yaradıb.

Yay fəslinin gəlişi ilə əlaqədar artıq Azərbaycanda yeni turizm mövsümü başlayır. Karantin rejimi hələ də davam etdiyi üçün bu il ölkədaxili turizm daha çox inkişaf edəcək.

Qeyd etmək lazımdır ki, sabahdan hava yolu vasitəsi ilə Türkiyə və Rusiya vətəndaşlarının Azərbaycana sərbəst gəliş bərpa olunur.

Maraqlıdır, gediş-gəlişin bərpa olunması turizm sahəsində hansı dəyişikliklərə səbəb olacaq?


Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Modern.az deyib ki, sərhədlərin açılması turizm sahəsində gəlirlər əldə etmək üçün imkandır:


“Türkiyə və Rusiya vətəndaşlarının hava yolu vasitəsi ilə Azərbaycana gəlişinin bərpa olunması ölkənin turizm sektorunda müəyyən canlanma yaradacaq. Bu, pandemiya dövründə ziyan çəkmiş turizm sahəsinə gəlirlər eldə etməyi üçün imkandır.

Ənənəvi olaraq Azərbaycana ən çox gələn xarici vətəndaşlar Rusiya və Türkiyə vətəndaşlarıdır. Rusiya və Türkiyə bizim əsas turizm cəlb etdiyimiz bazarlardandır.

Artıq xarici vətəndaşların hansı qaydalar çərçivəsində gəlmə mexanizmi bəllidir. Bu, COVİD pasportu və vaksin məsələsidir. Hazırda ən əsas müzakirə məsələsi bu siyahını genişləndirməkdir. İstərdik əhalisinin çox hissəsini vaksin etdirən digə dövlətlərin vətəndaşları üçün Azərbaycan sərhədləri açılsın. Bununla bağlı gözləntilərimiz də var”.


Fidan İlqar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı