Modern.az

ABŞ-ın Bakıdakı səfirliyində bayraq endiriləcək

ABŞ-ın Bakıdakı səfirliyində bayraq endiriləcək

Aktual

27 Avqust 2021, 16:32

Kabildəki terror aktı ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıya qədər endiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

 

Qeyd olunub ki, ABŞ Prezidenti Co Bayden Əfqanıstanın paytaxtı Kabildə 26 avqust tarixində törədilən terror aktı nəticəsində həlak olan ABŞ hərbçilərinin və digər qurbanların xatirəsini ehtiramla yad edərək Ağ Evdə və bütün ictimai binalarda və ərazilərdə, bütün hərbi postlarda və dəniz stansiyalarında, federal hökumətə məxsus bütün dəniz gəmilərində, habelə bütün xaricdə yerləşən hərbi obyektlər, dəniz gəmiləri və stansiyaları da daxil olmaqla, ABŞ-ın bütün səfirliklərində, nümayəndəliklərində, konsulluq idarələrində və digər obyektlərdə dövlət bayrağının 30 avqust tarixinə kimi yarıya qədər endirilməsi ilə bağlı göstəriş verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı